Maserati şirkəti supertoskana şərablarından biri - Tignanello şərabına həsr olunmuş GranCabrio Folgore kabrioletinin xüsusi versiyasını təqdim edib. Bu şərabın ilk qarışığı 50 ildən əvvəl Antinori ailəsi tərəfindən yaradılıb. Adətən qırmızı şərablar üçün istifadə edilən ağ üzümlər onun tərkibindən çıxarılıb, üstəlik, Antinori hazırlıq prosesini dəyişib və Tignanello şərabını palıd çəlləklərində saxlamağa başlayıb. Yenilikçi yanaşma yerli şərabçılıqda inqilab edib və Tignanello italyan şərabları arasında etalona çevrilib.
Maserati şirkəti Florensiyalı şərabçılara ehtiramını rənglər və materialların birləşməsi vasitəsilə göstərmək qərarına gəlib. Kabrioleti üzümlüklərin torpağına bənzədiyinə görə seçilmiş rəngə - Terra di Tignanello “şabalıd” metallikinə boyayıblar. Emal işıqda mis - tünd qırmızı çalarları ilə parıldayır, sanki bu bir çəllək-barreldir. Kabriolet əyləc supportları damı ilə eyni qara rəngdədir. Oturacaqlar brendin tarixində ilk dəfə olaraq Vegea dərisi ilə üzlənib, zolaqlı naxış isə, üzümlükn cərgələrinə işarədir. Ön paneldəki örtmələr təbii ağacdan hazırlanıb. Başlıqların üzərinə işlənmiş loqotip Tignanello brendinin simvollarından biri olan günəşi təsvir edir.
Maserati GranCabrio Folgore ümumilikdə 829 at qüvvəsi və 1350 Nm fırlanma anı hasil edən üç elektrik mühərriki ilə hərəkətə gəlir. 800 voltluq batareyanın tutumu 92,5 kilovat/saatdır. Kabriolet yerindən 100 km/saat həddinə 2.8 saniyəyə, 200 km/saat həddinə isə, 9,1 saniyəyə sürətlənir. Maksimal sürət - 290 km/saatdır. Elektromobilin pasport üzrə yürüş məsafəsi 419 ilə 447 kilometr arasında dəyişir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.