Maserati şirkəti Cenevrə avtomobil salonunda kütləvi təqdimat mərasimini keçirəcək Levante modelinin rəsmi təsvirlətini dərc etmişdir. İtalyan markasının ilk krossoveri olan Levante, istehsalçının təbirincə desək, italyan markasının «hər bir modelinə xas olan sürüş üsıubunun yolsuzluq xarakteristikaları ilə vəhdətini təşkil edən» platformasında yığılmışdır. Bu məqsədlə Maserati yeni avtomobili intellektual tam çəkiş sistemi və elektronika ilə idarə edilən amortozatorları olan pnevmatik asqı ilə təchiz edəcəkdir. Təsvirlərdən gpründüyü kimi, Levante «seçkin italyan xarakterinin» təzhürü olan aqressiv xarici görkəmə malikdir.
Bu aqressiyanı yaradan elementlər üçdişlu nizə daşıyan radiator barmaqlığı, qıyğacı gözlərə oxşayan ön fənərlər, çərçivəsiz qapılar, damın maili xətti, güclü arxa qanadlar və arxa dayaqda quraşdırılmış «Saettadır».
Maserati Levante modelinin «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz ediləcəyini bildirmişdir. İstehsalçı bu barədə məlumat verməsə də, əldə edilmiş məlumatlara görə, avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərriklərii ilə təchiz ediləcəkdir. 350 at qüvvəli avtomobil 100 km/saat həddini toplamağa 6,3 saniyə, 430 at qüvvəli variant isə 5,2 saniyə sərf edəcəkdir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edəcəkdir.
Bundan əlavə, 275 at qüvvəli dizel mühərriki ilə təchiz edilən krossoverin də təklif ediləcəyi məlumdur. Bu mühərrik 100 km/saat sürətini 6,9 saniyəyə toplayacaq və 230 km/saat maksimal sürətə malik olacaqdır. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. Maserati Levante modelinin Avropadakı satışlarına bu ilin yazından start veriləcəkdir.