Maserati şirkəti Levante krossoverinin Nyu-York avtosalonunda debüt edəcək yeni modifikasiyasının tizerini dərc edib. Fotoşəkildə "Yeni tufan yaxnlaşır" (A new storm is coming) sözləri yazılıbdır.
İlkin məlumata görə Levante GTS adlanan modifikasiya flaqman sedanı olan Quattroporte modelinin top versiyasının iki turbokompressorlu V8 mühərrikinə sahib olacaqdır. Ferrari şirkətinin istehsalı olan mühərrik 530 at qüvvəsi və 650 Nm hasil edir. Maserati Quattroporte yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 310 km/saatdır. Maserati Levante GTS modeli Porsche Cayenne Turbo və Range Rover Sport SVR ofroderləri ilə rəqabət aparacaqdır.
Maserati şirkəti Levante modelini «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz edir. Avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərriklərii ilə hərəkətə gəlir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edir. Bundan əlavə, Maserati Levante 275 at qüvvəli dizel mühərriki ilə də təchiz olunur. Bütün mühərriklər 8-pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir.