Maserati şirkəti Levante modelinin Vulcano adlı xüsusi variantını təqdim edib. Levante Vulcano 150 nüsxəlik məhdud saylı tirajla istehsal ediləcəkdir. Xüsusi seriyadan olan krossoverlər Avropa və Asiyada satılacaqdır. Maserati Levante Vulcano modeli tutqun boz Grigio Lava rənginə boyanacaq və Nerissimo ekteryer dəsti ilə təchiz ediləcəkdir.
Xüsusi seriyadan olan krossoverləri tündləşdirilmiş arxa fənərləri, radiator barmaqlığı, yan şüşələrin parlaq haşiyəsi, “qara xrom” rəngli loqotipləri, buraxılış sisteminin qara rəngli çıxış boruları, tutqun tərtibata malik olan 21-düymlük Helios diskləri və qırmızı əyləc supportları sayəsində tanımaq olar. Levante Vulcano yalnız 350 və ya 430 at qüvvəli 3,0-litrlik altısilindrli benzin mühərriki ilə təklif ediləcəkdir.
Maserati Levante Vulcano modelinin təchizatına 6-porşenli Brembo əyləc mexanizmləri, qırmızı də ya qara dəri ilə örtülmüş qızdırılan və havalandırılan oturacaqlar, Bowers&Wilkins səs sistemi, qapı çatdırıcıları və matrisa tipli işıqdiodlarından fənərlər daxildir. Mərkəzi konsolda isə, Vulcano loqotipi və “on of 150” sözləri həkk edilmiş alüminium lövhəcik yerləşdirilib. İnteryer karbondan hazırlanmış dekor elementləri ilə bəzədilib.