Maserati şirkəti Grecale modelinin “marslı” versiyasını nümayiş etdirib. Mission from Mars adlandırılmış xüsusi versiya Fuoriserie fərdiləşdirmə proqramı çərçivəsində yaradılıb. “Marslı” krossover kuzovun xüsusi Galactic Orange rəngi, habelə Marsın atmosferindəki elektrik cərəyanlarının hərəkəti xəritəsinə, astronavtların skafandrına və moda dünyasının son tendensiyalarına işarələr olan təkər diskləri, dekoru və interyer tərtibatı ilə seçilir.
Maserati şirkəti Fuorserie fərdiləşdirmə proqramını 2020-ci ildə işə salıblar. Bu müddət ərzində italyanlar “qastronomik” Levante krossoverini, Dəvid Bekhem üçün MC20 sportkarını və 90-cı illərin Shamal modelinin əsasında inşa olunmuş restomodu nümayiş etdiriblər.
Atelyenin son işlərindən biri Maserati Grecale Mission from Mars krossoveridir. Bu modeldə “qırmızı planet” işarə edən təkcə dəqiqliklə seçilmiş rənglər deyil, həm də şinlərin əsası və panoram dama çəkilmiş bürclərdir.
“Marslı” krossoverin kuzovunun rənglənməsi üçün maye metal effektinə malik olan çoxqatlı narıncı-qırmızı Galactic Orange boyası seçilib. İnteryer və eksteryerdəki bəzi elementlər “qırmızı planetin” tozlu və erroziyayaa məruz qalmış səthi üslubunda görünüşü olan teksturalı “metallikə” boyanıblar. Frezerlənmiş təkər diskləri sürətlənmə zamanı sıxışdırılıb çıxarılmış hava axınını təsəccüm edir, boz rəngli rezin qarışığından hazırlanmış Pirelli şinləri yenə də Marsa işarədir.
Arxa sütunlaradakı təhrif edilmiş “üçbaşlı əsada” da bəzi simvolizm mövcuddur: onlar kosmosun dərinliklərindən gələn radio impulsları və görüş sahəsindəki obyektlər bulanıq göründüyü yüksək sürətli hərəkətlə assosasiya olunurlar.
Grecale modelinin panoram damına Dolça, Oğlaq, Balıq və Qartal bürclərinin proyeksiyası həkk olunub. Oturacaqlardakı naxış isə, Mars atmosferindəki elektrik cərəyanlarının xəritəsini, astronavt skafandrlarının dizaynını və moda dünyasının ən son tendensiyalarını eklektik şəkildə birləşdirir.
“Marslı” Grecale salonunun üzlüyü köndələn lazer emal texnologiyasından istifadə edilməklə yaradılmışdır. Həmçinin yapışdırılan plyonka, silikon örtük və müxtəlif növ basmanaxışlardan istifadə olunur. Materiallar - dəri və alkantaradır. Grecale Mission from Mars modelinin kütləvi təqdimatı çox yaxında Milanda keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.