2020-ci ilin payızında təqdim edilən ortamühərrikli Maserati MC20 sportkarı təqdimatından iki il sonra yeni modifikasiyanı əldə edəcəkdir. Buraxılacağı 2021-ci ilin qışında elan edilən modelin açıq versiyası yay mövsümünün əvvəlinə qədər ictimaiyyətə rəsmi şəkildə nümayiş etdirilməlidir.
Yeni Maserati MC20 Spider modelin tizer kampaniyası italyan istehsalçısının rodsterin debüt tarixini açıqlaması ilə başa çatıb - spayder mayın 25-də nümayiş etdiriləcək və eyni zamanda, avtomobil haqqında bütün texniki detallar açıqlanacaqdır.
“Səmaya baxıb ləzzət almağın yeni üsulu”, - Maserati qarşıdan gələn təqdimatı belə təsəvir edir. İlkin məlumata görə, Maserati MC20 Spider modeli texniki cəhətdən kupeni təkrarlayacaq, lakin qatlanan sərt damı və dəyişdirilmiş kapotu olan yenilənmiş arxa hissəni alacaqdır.
Hələlik başqa dəyişikliklərin olacağı elan edilməyib. Sportkarın əsas texniki xüsusiyyəti qorunub saxlanılacaq - bu, şirkətin son 20 ildə müstəqil şəkildə yaratdığı ilk Maserati mühərrikidir.
3,0-litrlik V6 Nettuno mühərriki 630 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edir. Güc aqreqatı iki muftalı 8-pilləli “robot” ilə tandemdə çalır. Arxaötürməli kupe mexaniki və elektron kilidi olan məhdud sürtünməli differensial ilə təchiz edilir.
Maserati MC20 Spider spayderindən sonra, sportkarın modifikasiya çeşidində elektromobil peyda olmalıdır. Elektrokar MC20 ailəsində ən güclü modifikasiya olacaq və rodsterdən sonra təqdim ediləcəkdir. Amma elektromobilin hansı kuzovu alacağı məlum deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.