Beş il əvvəl təqdim edilmiş ortamühərrikli Maserati MC20 superkarı planlaşdırılmış yenilənmədən keçib. Yenilənmə çox yüngül xarakter daşıyır, odur ki, baş vermiş dəyişikliklər o qədər də nəzərə çarpmır. Əsas məsələ ondan ibarətdir ki, artıq MC20 indeksini artıq tarixə çevrilib: yenilənmiş superkar təmiz sürücü ruhunu vurğulayan yeni ada sahib olub - Maserati MCPura. Üstəlik, bu modelin çoxdan vəd edilən elektrik versiyası rəsmi olaraq ləğv edilib. MCPura superkarları sırf benzin mühərriki ilə hərəkətə gələcək!

Maserati MCPura

Bəs yeniliklər nələrdir? Dəyişdirilmiş ön hava girişləri və arxa bamper - Maserati GT2 Stradale trek versiyasındakı ilə demək olar ki, eynidirlər. Kiçik eksteryer dekoruna yenidən baxılıb, kuzov rənglərinin palitrası genişləndirilib. İnteryerdəki yeniliklər tərtibat materialları ilə məhdudlaşdırılıb. Baza interyeri artıq tamamilə dəridən məhrum edilib, lakin alcantara ilə tərtibat genişləndirilib (hazırda ondan ön panel və qapılarda istifadə olunur).

Maserati MCPura

Əslində bütün dəyişikliklər bunlardlr. Texniki hissə dəyişilməyib. Maserati MCPura 630 at qüvvəsi və 730 Nm hasil edən 3,0-litrlik V6 Nettuno biturbo mühərrikinə malikdir. Güc aqreqatı iki muftalı səkkiz pilləli “robot” ilə tandemdə çalışır, arxa ötürmə özükilidlənən differensiala malikdir. MCPura modelinin 100 km/saata sürətlənməsi 2,9 saniyə çəkir.

Maserati MCPura Cielo

Əvvəlki kimi, model kupe və Cielo prefikisini daşıyan rodster kimi təklif olunur. Boş çəkisi 1475 kiloqram olan baza kupesi 325 km/saata qədər sürətlənə bilir. Rodster elektroxrom şüşəli qatlanan dam panelinə malikdir, elektrik ötürməsi onu 12 saniyəyə açıb-bağlayır. Belə idman avtomobili nəzərəçarpacaq dərəcədə ağırdır (1560 kiloqram) və o, 320 km/saata qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş superkarların ilk nümayişi bu həftəsonu Qudvudda keçiriləcək Sürət Festivalında baş tutacaq, lakin artıq Avropada onlara sifarişlər qəbul olunur. Maserati MCPura kupesinin qiyməti 252 min avrodan, Maserati MCPura Cielo rodsterinin qiyməti isə, ən azı 287 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.