Maserati avtomobilləri həmişə gücün göstəricisi olan və eyni zamanda incə kuzov xəttlərinə malik olan avtomobillər kimi tanınıb. Maserati dedikdə, bu italyan markasının pərəstişkarının gözü önündə yuxarıda sadaladığımız tələblərə cavab verən avtomobil canlanır.

Turində yaşayan Andrea Ortile adlı dizayner LaFerrari superkarının əsasında işləyib hazırladığı Maserati MC-63 hiperkarının konsept modelinin lahiyəsini təqdim etmişdir. Dizaynerin sözlərinə görə, o konsept üzərində işləyərkən Le Man yarışlarında iştirak etmiş Tipo 63 Birdcage yarış avtomobilindən ilham almışdır. Andrea Ortile: «Konseptin dizaynı 1961-ci ilin Maserati Tipo 63 Birdcage yarış avtomobilindən qaynaqlanmışdır. İtalyan markasına xas olan eleqantlıq və idman xarakterləri bu avtomobildə cəmlənmişdir». 

Konseptə nəzər saldıqda onun aqressivlik saçan hamar və rəvan xəttlərinin Ferrari LaFerrari hiperkarı ilə bənzərlik yaratdığını görürük.

Lakin, konseptin dizaynındakı müəyyən aspektlərə olan fərqli yanaşna bu iki avtomobili bir-birindən ayırır. Avtomobilin yan tərəfinin dizaynı italyan markasının pərəstişkarlarına əfsanəvi Maserti Tipo-63 modelini xatırlatmalıdır. Misal üçün, ön və arxa tərəfi birləşdirən tavan xətti Tipo-63 olduğu kimi axan qövsvari formadadır. Konseptin təkər tağları isə hamar və yumru formalara malikdir.

Avtomobilin ön tərəfində düz mərkəzdə yerləşdirilmiş radiator barmaqlığı və gözəl işıq yexnikası Alfieri konseptində gördüyümüz elementləri xatırladır. Avtomobilin arxa hissəsinin dizaynı da maraqlı alınıb - yumru arxa hissədə nazik arxa fənərləri, karbondan hazırlanmış diffuzoru və buraxılış sisteminin iki borusunu görmək olar. Bundan başqa, F1 bolidlərinə xas olan mərkəzdə yerləşdirilmiş əyləc/duman əleyhinə işığı da qeyd etməmək mümkün deyildir.  

Andrea Ortile Maserati MC63 hiperkarının yüksək güc imkanlarının olduğunu qeyd etsə də, avtomobilin dinamik xüsusiyyətləri barədə məlumat verməmişdir. Çox güman ki, hiperkar La Ferrari hiperkarından alınmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Əlbəttə, şirkət rəhbərliyi onun istehsalına razılıq verərsə...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt