Maserati şirkətinin xüsusi sifarişlər üzrə Fuoriserie şöbəsi iki ay bundan əvvəl fəaliyyətə başlasa da, onun portfelində artıq bir neçə layihə var. Sonuncu layihə bu günlərdə təqdim olunub: bu, italyan markasının 1990-cı illərdəki korporativ dizayn üslubunu həyata qaytaran Project Rekall kupesidir.
Project Rekall kupesi hələlik yalnız eskiz şəklində mövcuddur. Ancaq layihənin müəlliflərinin haradan ilham aldığı aydındır. Göründüyü kimi, restomodun əsası kimi Şamal kupesi (1990-1996) götürüləcəkdir. Kupenin eksteryerinə yeni detallar əlavə ediləcək, eyni zamanda, kupe müasir avadanlıqlara sahib olacaqdır. Nəticə necə olacağını, markanın sosial şəbəkələrdəki abunəçiləri qərar verəcəkdirlər: şirkət real avtomobilin spesifikasiyasına birlikdə qərar vermək üçün, pərəstişkarlarını şərhlər yazmağa dəvət edib.
Dərc edilmiş şəkillərdə üç pedalın və mexaniki ötürmələr qutusunun qolunun təsvir edilməsi, Project Rekall kupesinin daxili yanma mühərrikini qoruyacağına və elektromobilə çevrilməyəcəyinə işarə edir. Orijinal Maserati Shamal modeli 326 at qüvvəsi və 431 Nm fırlanma anı hasil edən 3.2-litrlik V8 biturbomühərriki və Getrag şirkətinin altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdi. Bununla belə, restomod yeni 3.0-litrlik V6 Nettuno mühərriki ilə də təchiz edə bilərlər.
Eskizlər göstərir ki, ümumilikdə Shamal klassik dizaynını və hətta salon tərtibatını qoruyub-saxlayacaqdır, ancaq LED fənərlər, rəqəmsal cihazlar paneli və yeni oturacaqlar ilə təchiz ediləcəkdir. Maserati dizaynerlərinin layihə üzərində işləyərkən Delta Futurista restomodunun yaradıcısı Karlo Borromeo ilə məsləhətləşdikləri məlumdur. Eyni zamanda, Milanın Garage Italia atelyesinin mütəxəssisləri də avtomobilin dizayn üslubu üzərində çalışıblar.
Maserati Fuoriserie proqramı üç fərdiləşdirmə istiqamətindən (Corse, Unica və Futura) ibarətdir. Şirkət, bu istiqamətlərin hazırlığı olamayan müştərilərə minlərlə dekorasiya, salon tərtibatı və boya seçimlərinin kombinasiyalarını anlamağa kömək edəcəkdir. Corse yarış estetikasını inkişaf etdirir, Futura texnologiya və yeni materialları sevərlərə, Unica isə moda meyllərini izləyənlərə ünvanlanmışdır.