Maserati şirkəti Gran Turismo kupesinin buraxılışının başa çatmasını Zeda adlı xüsusi versiya ilə qeyd edib. Kuzovun qradient boyanması sayəsində avtomobil keçmiş, bu gün və gələcək arasındakı əlaqə barədə söhbət açacaq və varisin peyda olmasına qədər olan zamanını işıqlandıracaqdır.
Maserati Gran Turismo Zeda modelinin dizaynı Maserati markasının dizayn mərkəzinin əməkdaşları tərəfindən işlənib-hazırlanıb. Avtomobilin adındakı Zeda kəlməsi isə modena dialektindən götürülüb. Modenada bu sözlə Z hərfini adlnadırırlar. Kupenin kuzovu sənayenin transformasiyasını simvollaşdıran qradient rənginə boyadılıb. Arxa hissənin boyandığı tutqun boz rəng avtomobil sənayenin başlanğıcına, “metallurgiya” effekti olan orta hissə yeni texnologiyaların peyda olmasına, parlaq mavi rəngə boyanmış ön hissə isə elektrikləşmə dövrünə gdaxil olunmasına işarə edir.
Maserati Gran Turismo və Gran Cabrio modellərinin Modenadakı zavodun konveyerindəki boşalmış yerlərini yeni model tutacaqdır. Hazırda şirkət istehsal xəttini yeniləyir və yeni modelin gələn ilə planlaşdırılmış bazar debütünə hazırlaşır. İlkin məlumata görə, söhbət Maserati Alfieri konseptinin seriya variantından gedir. Yeni model alüminiumdan hazırlanmış modul platformada inşa ediləcək, elektrik və hibrid güc aqreqatlarına, həmçinin yarıavtonom idarəetmə sisteminə sahib olacaqdır.