Maserati şirkəti Amerika bazarında olan 3299 Levante krossoverinin servis kampaniyasını elan edib. Bu barədə ABŞ-ın Yol hərəkətinin təhlükəsizliyi milli administrasiyası (NHTSA) xəbər yaymışdır. Carscoops portalının bildirdiyinə görə, bu italyan markasının son dörd ayda elan etdiyi dördüncü servis kampaniyasıdır.
2016-cı ilin dekabrında Maserati arxa görüntü kamerasının qəfil sönməsi ehtimalı ilə əlaqədar çağırış kampaniyasını elan etmişdi. Bu nasazlığın səbəbi kimi elektonikanın şaxtalı havada problem yaşaması göstərilirdi. 2017-ci ilin yanvarında şirkət krossoverin Msaterati Levatne S modellərindəki səhv proqram təminatının aradan qaldırılması üçün servis kampaniyasını elan etmişdi. Avtomobilləri mühərrikin qəfil sönməsi ehtimalı və ötürmələr qutusunun kiçik sürətlərdə neytrala keçməsi ilə əlaqədar təmirə göndərmişdilər.
Fevral ayında isə, istehsalçı Levante krossoverinin, Ghibli və Quattroporte sedanlarının oturacaqlarının tənzimlənməsi zaman tellərin bağının zədələnməsi nəticəsində qısa qapanmanın baş verməsi ehtimalı səbəbindən servis kampaniyasını keçirmişdir.
Növbəti çağırış yenidən transmissiyanın defekti ucbatından baş vermişdir - səkkiz pilləli «avtomatın» kiçik sürətlərdə özbaşına neytrala keçmə ehtimalı mövcuddur.
Bundan başqa, avtomobillərin mühərrikləri qəfildən dayana bilər. Təmir güc aqreqatının idarəetmə blokunun yenidən proqramlaşdırılması yolu ilə aparılacaqdır. Carscoops saytının məlumatlarına görə, potensial defektli avtomobillərin sayı ABŞ-da müştərilərə təhvil verilmiş krossoverlərin ümumi sayından çoxdur.
Bu o deməkdir ki, çağırış ölkədə olan bütün Masreati Levante krossoverlərini əhatə edir.