Maserati şirkəti 2,5 milyon avro dəyərində Tridente (italyan dilindən “üçbaşlı əsa” kimi tərcümə olunur) elektrik qayığını təqdim edib. Onun dizaynı İtaliyada işlənib, güc qurğusu isə, İngiltərədə Vita Power firması tərəfindən yaradılıb. İnşa işlərini tenderlər üzrə ixtisaslaşmış amerikan “Hodgdon Yachts” tərsanəsi həyata keçirir. Qayıq 10-a qədər sərnişini qəbul edə bilər, göllərdə və dəniz sahilləri boyunca gündəlik səyahətlər üçün hər şeyə malikdir. ZipWake stabilizasiya sistemi, çimmərlik platforması, duş, soyuducu və hətta vanna otağı da var.

Tridente qayığının inşası təxminən doqquz ay çəkir. Korpus karbonplastikdən hazırlanır. Qayığın akkumulyatoru 400 volt gərginliyi ilə işləyir və ümumi 252 kilovat/saatlıq tutuma (dörd ədəd 63 kilovat-saatlıq) malikdir. Təxminən 600 at qüvvəsi hasil edən elektrik mühərrikləri Merkuri pərvanələrini hərəkətə gətirir və 40 düyünə -  74 km/saata sürətlənməyə imkan verir. Yürüş ehtiyatı kiçikdir: 50-70 kilometr. Lakin sürətli doldurma dəstəyi sayəsində batareyanın 10 faizdən 90 faizə qədərini 1 saata doldurmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tridente qayığının yanında çəkilmiş GranCabrio Folgore elektrik kabrioletidir. O, bu yaxınlarda supertoskan şərablarından olan Tignanello şərabının 50-ci ildönümünü qeyd edən xüsusi buraxılışa sahib olub. Sportkar Terra di Tignanello metallik rənginə boyanıb, onun salonu isə, bitki mənşəli Vegea dərisi ilə işlənib və təbii ağacla bəzədilib. Avtomobil bir nüsxədə istehsal olunacaq və xeyriyyə hərracında satılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.