Maserati markası zəngin yarış tarixinə malikdir. İtalyanlar hər fürsətdə bunu xatırlatmağı çox sevirlər və sonuncu nümunə kimi, Ghibli, Levante və Quattroporte modelləri üçün təklif edilən MC Edition təchizat səviyyəsidir. MC abbreviaturasının açıqlaması Maserati Corse deməkdir. Belə avtomobillər rəngi, xarici dekoru, salon tərtibatı, eləcə də təchizatı ilə fərqlənirlər. Məsələn, elektrikli lyuk və Bowers & Wilkins audio sistemi standart avadanlığa daxildir.
MC Edition versiyasından olan Maserati Ghibli, Levante və Quattroporte modellərini şirkətin doğma şəhəri olan Modenanı simvolizə edən iki rəngdən birinə boyamaq olar. Mavi slyuda hissəcikləri olan üç qatlı sarı Giallo Corse rəngi günəşdə rəngini müxtəlif formada dəyişəcək, tutqun Blue Vittoria mavi rəngi isə "yeniliyi və dərinliyi ilə valeh edəcəkdir". Hər iki çalar royal lakı ilə örtülmüş qara rəngli detallar, mavi əyləc supportları, habelə ön qanadlar və mərkəzi sütunlarındakı xüsusi nişanlar ilə tamamlanır.
22-düymlük təkər diskləri yalnız Levante MC Edition modeli üçün nəzərdə tutulub, sedanlarda isə 21 düymlük təkər diskləri quraşdırlır. Salonda demindən əlavələri və ikirəngli tikişləri olan qara rəngli Nero Pienofiore dərisi ilə üzlənmiş oturacaqları, habelə mavi karbonplastikdən hazırlanmış dekoru görmək olar. Başlıqlardakı MC Edition loqoları həkk olunub, üstəlik mərkəzi konsolda xüsusi nişan yerləşir. MC Edition versiyasından olan avtomobillərin standart avadanlıq siyahısına elektrikli lyuk, Bowers & Wilkins audio sistemi və Driver Assistance elektron köməkçilər dəsti daxildir.
Avropa, Yaxın Şərq və APAC ölkələrində MC Edition tərtibatını yalnız 3,8 litrlik Ferrari V8 biturbo mühərriki ilə təchiz edilmiş Trofeo modifikasiyaları üçün təklif edəcəklər. Çində belə avtomobillər olmadığı üçün, Səma İmperiyasında MC Edition tərtibatı 350 at qüvvəli 3,0-litrlik V6 mühərriki ilə təchiz edilmiş modellər üçün əlçatan olacaqdır. Avtomobilləri dilerlərə fevral ayının sonuna kimi təhvil verilməlidirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.