Maserati şirkəti Ghibli sedanının xüsusi modifikasiyası olan Ribelle ( italyancadan tərcümədə “Üsyankar” deməkdir) versiyasını təqdim edib. “Üsyankar” ləqəbinə sahib olan sedanlardan cəmi 200 ədəd buraxılacaqdır. Xüsusi seriyadan olan sedanlar Avropa, Yaxın Şərq və Afrikada yaşayan müştərilərə təklif ediləcəkdir.
Xüsusi seriyadan olan Maserati Ghibli Ribelle sedanları qara Nero Ribelle rənginə boyanmış kuzovu, təkər diskləri və salonun tərtibatı ilə seçilir. Xüsusi seriyadan olan Ghibli modelini istənilən mühərriklə sifariş etmək olar. Xatırladaq ki, Maserati Ghibli sedanının mühərrik çeşidinə 350 və 430 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli benzin, həmçinin 275 at qüvvəli 3,0-litrlik dizel güc aqreqatı daxildir.
Ribelle seriyasından olan sedanlarının təchizatına 19-düymlük eksklyuziv təkər diskləri, qırmızı rəngli əyləc supportları və salonun ikirəngli tərtibatı daxildir. Maserati Ghibli Ribelle qırmızı dirsəkaltıları olan qara rəngli qapı panelləri, sükanaltı dəstəkləri və dəri üzləməsi olan idman sükan çarxı, 12 istiqamətdə elektriklə tənzimlənən və yaddaş funskiyası olan idman oturacaqları, həmçinin versiyanın adı və avtomobilin sıra nömrəsi olan lövhəcik ilə təchiz ediləcəkdir.