“Maşınlar” cizgi filminin qəhrəmanı Salli Karreranın şərəfinə hazırlanmış unikal Porsche 911 GTS Sally Special sportkarı RM Sotheby's xeyriyyə hərracında satılıb. Sportkarın satışından qeyri-real bir məbləğ - 3,6 milyon dollar əldə edilib. Ən son 992 nəslindən olan 911 GTS sportkarının əsasında inşa edilmiş unikal avtomobilin kimə qismət olduğu məlum deyil.
Sally Special layihəsi üzərində çalışmalara 2021-ci ilin sonunda başlanılıb: Porsche 911 GTS kupesinin görünüşü üzərində Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri və “Maşınlar” cizgi filminə cavabdeh olan Pixar animasiya studiyasının nümayəndələri çalışıblar. Salli Karreranın özü 996 Porsche 911 modelinə əsaslanır, lakin onun canlı təsfiri 2022-ci ilin 911 GTS sportkarının bazasında inşa edilib.
Texniki hissədə dəyişiklik yoxdur, unikallıq isə, dizayner fəndlərindədir. Avtomobili tam işlək hala gətirmək qərara alınıb, ona görə də o, ön şüşədəki “gözlərdən” və ön bamperdəki “təbəssümdən” imtina edilib.
Sportkar cizgi filminin qəhrəmanından salondakı bəzi detalları, 996 seriyasının üslubunda dizaynı olan təkər disklərini, nişan lövhələrini, arxa spoylerin altındakı “tatunu” və kuzovun eksklüziv Sally Blue Metallic rəngini alıb. İstinadlara həmçinin sükanatlı dəstəkdəki Kachow Mode yazısı və mühərrik bölməsindəki stilizə edilmiş GTS Powered loqotipi daxildir.
Avtomobilin adının açıqlanmasını istəməyən alıcısı, unikal sportkardan əlavə, Porsche Design WERK 01.100 qol saatının əsasında hazırlanmış 911 Sally Special Chronograph xronoqrafını, əlavə təkərlər dəstini, modelin yaradılması prosesi barədə kitabı, çexol və unikal çertyojları əldə edib. Sally Special sportkarının satışından əldə edilən məbləğ müasir Porsche avtomobilləri üçün rekord sayılsa da, sportkar yeganə nüsxədə qalacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.