Ötən cümə günü Tesla şirkətinin səhmlərinin dəyəri 10.8% artaraq yeni rekordu qeydə alıblar - bir səhmə görə 1544 dollar. Şirkət rəhbəri İlon Maskın Tesla şirkətinin 20,8 faizlik payına sahibdir və onun səhm paketinin dəyəri bir gündə 6 milyard dollar artıb.
Maska aid olan Tesla şirkətinin səhmlərinin ümumi dəyəri təxminən 60 milyard dollardır., Maskın SpaceX şirkətindəki payını nəzərə alan Bloomberg, onun kapitalını 70,2 milyard dollara çatdığını bildirib.
Bu göstəriciyə görə, Musk hazırda dünyanın ən varlı adamları siyahısında yeddinci yerdədir. Xüsusilə, cümə günü o, əfsanəvi investor Uorren Buffetti və Google şirkətinin həmtəsisçisi Sergey Brini üstələyib. Dünyanın ən varlı adamı isə, Maskın bu yaxınlarda onu təqlid etməkdə ittiham etdiyi Amazon şirkətinin rəhbəri Ceff Bezos olaraq qalır.
Qeyd etmək lazımdır ki, əgər Mask səhmlərini birjada satıb puldan istifadə etmək qərarına gəlsə, Tesla şirkətinin qiymətli kağızlarının dəyəri çox güman ki, aşağı düşəcəkdir. Buna görə də, iş adamı 70 milyardı nağdlaşdıra bilməz. Lakin, digər səhmdarlarla razılığa əsasən, Maskan aldığl bonus ödənişləri, digərləri ilə yanaşı, səhm qiymətlərindən də asılıdır. Səhmlərin dəyərinin artması sayəsində, Musk təxminən 595 milyon dollar qazanıb. O, bu məbləğdən könül rahatlığı ilə istifadə edə bilər.
Gəlir baxımından Mask hazırda ABŞ-dakı bütün baş direktorlar arasında birinci yerdədir.