Tesla Motors şirkətinin rəhbəri Elon Mask Model Y krossoverindən sonra elektrik pikapını buraxacağına söz verib. Sosial şəbəkənin istifadəçilərindən biri elektrik pikapına ehtiyac olduğunu bildirib. Mask tvitə cavab olaraq şirkətin diqqətini Model Y krossoverində cəmlədiyini və krossoverdən sonra pikapa da növbə çatacağını bildirib.
Maskın sözlərinə görə o, “gələcək pikapın əsas texnologiyaları və üslub elementləri haqqında beş ildir ki, düşünür”. Əvvəllər belə bir avtomobilin eskizi Tesla Semi elektrik yek avtomobilinin təqdimatı zamanı nümayiş etdirilmişdir.
Yeni krossover amerikan istehsalçısının model xəttində Model X krossoverindən bir pillə aşağıda yerləşəcəkdir. Model X krossoverinin əsasını Model 3 sedanının platforması təşkil edəcəkdir. Yerı gəlmişkən, əvvəllər avtomobilin tam yeni şassiyə sahib olacağı, avtomobilin isə indiyə qədər buraxılan Tesla modellərindən seçiləcəyi bildirilmişdir.
Mask, digər Tesla avtomobillərində istifadə olunan 12-voltluq arxitekturadan imtina etmək qərarına gəlib. Bu istifadə edilən elektrik naqillərinin uzunluğunu azaltmağa və istehsal prosesinin avtomatlaşdırılması səviyyəsini ciddi şəkildə artırmalıdır.