Tesla şirkətinin rəhbəri İlon Mask çoxdan gözlənilən elektrik pikapının yaxın iki-üç ay ərzində debüt edəcəyini bildirib. Onun sözlərinə görə, elektropikap üzərindəki işlər final mərhələsindədir.
Mask pikapın qiymətini də açıqlayıb. O. Yeni elektrik pikapının 49 min dollardan başlayan qiymət ilə satılacağını bəyan edib. Bununla belə, şirkət pikapın qiymətini azaldacağını da bildirib. Məqsəd müxtəlif kateqoriyadan olan alıcılara pikapı əldə etmək imkanının yaradılmasıdır.