Məlumdur ki, Audi komandasının isveç pilotu Mattias Ekstrem alman markasının DTM çempionatı ilə yanaşı ralli-kross (WRX) çempionatında da təmsil edir. Bu ilk iki çempionatın növbəti mərhələsinin üst-üstə düşməsi Ekstremi seçim qarşısında qoymuşdur.

Ralli-kross çempionatında keçən il çempion titulunu əldə edən pilot bu il DTM çempionatındakı üçüncü titulunu qazanmaq niyyətindədir. Hal-hazırda hər iki çempionatda Mattias liderlərdən səkkiz xal geridədir. Bu dəfə Audi komandası DTM çempionatının daha əhəmiyyətli olduğunu hesab edərək isveç pilotun Norisrinqdə yarışmasını istəyib. Hər iki çempionatın növbəti mərhələsinin 2 iyul tarixində Norisrinq (Almaniya) və Holyese (İsveç) keçirilməsi komandanı belə seçim etməyə vadar edib. 

«Qərar qəbul etmək bizim üçün çox çətin idi. Yarış mövsümü indi başladığından Mattiasın hər iki çempionatda çempion olmaq şansları mövcuddur. Lakin, DTM çempionatında  zavod komandasının iştirakı daha vacibdir və Mattias burada üçüncü titulunu əldə edə bilər, - Audi Motorsport rəhbəri Diter Qass Touring Car Times dərgisinə müsahibəsində bildirib. - Bundan başqa, o həmişə Norisrinqdə yaxşı çıxış edib. Bu mərhələnin evimizdə keçirildiyini də nəzərə alsaq, Mattias bizə DTM də lazımdır». 

Image alt Image alt Image alt