BMW komandasının şənbə günü əldə etdiyi üçqat uğurundan sonra, üç Audi pilotunun bazar günü podiumu zəbt etməsi hər şeyi inqolştatlıların xeyrinə dəyişmiş oldu. Hətta, dördüncü yeri də Audi pilotu Nko Müller zəbt etmişdi.

Bazar günü keçirilən yarışdan sonra Mayk Rokenfeller bu mövsümdə qazandığı ilk qələbəsini bayram edirdi.

Loik Dyüval, Mattias Ekstrem və Niko Müllerin önündə finiş görən alman pilot pilotlar çempionatında güclü sıçrayış etdi.

Hal-hazırda, Mayk 110 xalla üçüncü yeri tutur. Ondan öndə isə 114 xalla Rene Rast və 128 xalla Mattias Ekstrem yerləşiblər.

Marko Vittmanın finiş xəttini birinci keçməsinə baxmayaraq, o sonradan yarışın stüardları tərəfindən diskvalifikasiya edildi. BMW pilotunun avtomobilinin çənində texniki nəzarət üçün tələb edilən 1000 qram yanacaq aşkar edilməmişdi.

Titulunu müdafiə edən alman pilot həftəsonu trimfuator kimi görünsə də, o şənbə və bazar günləri əldə etdiyi 46 xaldan 25-ni itirərək turnir cədvəlində ikincilikdən səkkizinciliyə qədər geriləyib. 

Marko Vittmann (BMW M4 DTM)

Mayk Rokenfeller bu mövsümdə üçüncü podiumunu əldə edərkən, həmin an pilotlar çempionatına liderlik edən Rene Rast uğursuzluğa düçar oldu.

Mercedes-AMG pilotu Maro Engelin avtomobili ilə təmas nəticəsində Rene Rastın avtomobilinin arxa asqısı sınaraq onu yarışı tərk etməyə məcbur etdi. Bu səbəbdən də Rast liderlik tacını komanda yoldaşı Mattias Ekstremə geri qaytardı. "Yarışı altıncı yerdən başlayaraq ikinci bitirmək əladır.

Lakin, cəza nəticəsində əldə edilən qələbə trekdə mübarizə nəticəsində əldə edilən qələbə ilə eyni deyil. İstənilən halda mən məmnuniyyətlə əlavə xalları qəbul edirəm, - Mayk bildirib.  O, həmçinin Loik Dyüvaldan da razılıq edib.  - Onun yaxşı pilot olduğunu bilirdim. Bü gün Loik bunu sübut etdi".

Maykın dediklərində həqiqət vardır - uzun müddətli uğursuzluqlardan sonra fransız pilot nəhayət yarışı ikinci yerdə bitirməyə müvəffəq olmuşdu.

Loik Dyüval (Audi RS5 DTM)

"İlk uğur üçün çox gözləməli oldum. Yarış zamanı dəqiq olaraq hansı mövqedə olduğumu bilmirdim. Güzgüdə Marko və Maykı görəndən sonra yaxşı yerdə finiş görəcəyimdən əmin oldum. Mövsümün əvvəlində bir neçə səhvə yol verdim. Üstəlikdə bəxtim gətirmirdi, lakin vaxt keçdikcə vəziyyət yaxşılaşmağa başladı. Ümid edirəm ki, bundan sonrakı yarşlarda uğur əldə edəcəyik", - Dyüval bildirib.

Xatırlatmaq istəridk ki, yarışda Dyüval Ekstremdən 40 saniyə üstünlüyə malik idi.  Son dövrələrdə isveç pilot şinlərin təzyiqinin azalması ucbatından yarışı disklərin üzərində başa vurmuşdu.

Çempionatın lideri komanda yoldaşı Niko Müllerin dəstəyi sayəsində titul üçün gərək olan vacib xalları əldə etmişdi.

Beşinci yerdə  finiş görən Qəri Paffett Nikonu keçmək üçün cəhdlər göstərsə də, onun bütün cəhdləri boşa çıxıb: "Mənim üçün meqayarış idi. 17-ci yerdən yarışı başlamışdım. Niko yarış boyu önümü kəsərək "Ekini" müdafiə edirdi. Sona yaxın birinci döngədə Nikonu keçmək şansım olsa da, artıq bu dəfə "Eki" mənim qarşımı kəsdi. İkinci döngədə isə Nikonun məni keçməsi üçün əlindən gələni etdi. Bu heç də ədalətli deyil və mən bu hərəkətdən çox məyusam".

Rene Rast (Audi RS5 DTM)