Gigiyena üçün Mayka geyinmək məsləhətdir. Amma, onu geyinməyin bir neçə qaydası mövcuddur.

Ağ köynəyin altından ağ mayka geyinilmir. Çünki, ağ köynəyin və t-şörtün altında ağ mayka sezilir və onun silueti görünür. Kostyumla ağ köynək və qalstuk  geyinilərkən yumru yaxa, incə ağ futbolka geyinmək olar. Onda özünü biruzə verməyəcək.

Köynəyin altından mayka əvəzi geyinilən t-şörtlər incə pambıq materialdan olur.

Bej yaxud dəri rəng (türkcə ten renk) mayka hər bir halda yaxşı seçimdir.

T-şörtün altından Mayka geyinilmir, çünki, t-şört özü maykadır. Əgər tərləmək qorxusu varsa, isti fəsillərdə aşırı tərləyənlər üçün xüsusi materiallardan hazırlanan t-şörtlər məsləhətdir. Onların yüksək tər udma qabiliyyəti var və çox qısa zamanda quruyur. Belə t-şörtlər (polo da t-şörtün bir növü sayılır) təbii və sintetik materialların qarışığından hazırlandığına görə yüksək nəm udma və quruma xüsusiyyətinə malikdilər. 

Bakıdakı mağazalarda dəri/bej rəng alt paltarı satılmır. Lakin, xarici onlayn mağazalarda almaq olur. 

Uniqlo DRY-EX T-Shirt

Belə t-şörtlər idman geyimləri istehsalçıları tərəfindən çox təklif olunur. Lakin, texnoloji materiallar istifadə edən geyim markalarının da gündəlik istifadə üçün kolleksiyalarında t-şörtlər əldə etmək olar.

Mən Uniqlo markasının t-şörtündən istifadə edirəm. Belə t-şörtlər Adidas, Puma, Nike və sairə idman geyimləri istehsal edən brendlər tərəfindən də təklif olunur. 

Məhz isti yay aylarında belə t-şörtlərdən istifadə edərək, maykadan imtina etmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.