Mazda 6 modelinin varisi sayılan və Çinin Changan Mazda birgə müəssisəsi tərəfindən yaradılan elektrikləşdirilmiş Mazda EZ-6 liftbəki Çin bazarından kənarda debüt edib. Bu avtomobilin Avropa premyerası bu günlərdə işinə başlayan Brüssel avtosalonunda baş tutub. Yerli bazarda o Mazda 6e adlanacaq, yəni ənənəvi “altılığın” tam hüquqlu davamçısı olacaq.

Xatırladaq ki, 4921 millimetr uzunluğundakı Mazda 6e modeli Changan şirkətinin üzü dəyişdirilmiş Shenlan SL03 liftbəkidir. Yapon mütəxəssisləri yalnız dizaynın hazırlanmasında və idarəetmənin təkmilləşdirilməsində iştirak ediblər, lakin texniki cəhətdən Mazda modeli çinli orijinalını tam şəkildə təkrarlayır. Avropada satılacaq modelin baza təchizatına media sisteminin böyük ekranı (14,6 düym), proyeksiya displeyi və on dörd dinamikli Sony audio sistemi daxildir.

Çində Mazda EZ-6 elektromobil və ya aqrdıcıl hibrid ola bilər, lakin Avropada satılan Mazda 6e yalnız sırf elektrokar olacaq. CATL dartma batareyaları olan iki versiya təklif edilir və onların hər ikisi yalnız arxa ötürməlidir, baxmayaraq ki, orijinal Shenlan liftbəki tam ötürmə ilə də əlçatandır. Bununla belə, Çində Mazda üçün 56,1 və ya 68,8 kilovat/saatlıq dartma batareyaları təklif olunursa, Avropadakı dəst fərqlidir.

Mazda 6e Standard Range baza versiyası 68,8 kilovat/saatlıq litium-dəmir fosfat batareyası ilə təklif olunur və o, WLTP dövrü üzrə 479 kilometr məsafə qət edə bilər. Arxa oxdakı elektrik mühərriki 258 at qüvvəsi və 320 Nm malikdir, 100 km/saata sürətlənmə vaxtı isə, 7,6 saniyədir. Long Range versiyasındakı 80 kilovat/saatlıq litium-ion NMC batareyası 552 kilometr məsafə qət etməyə imkanı verir, mühərrikin gücü isə, 245 at qüvvəsinə qədər endirilib. Fırlanma anı dəyişməyib. Artan çəki 100 km/saata sürətlənmə vaxtını artırıb – bu göstərici 7,8 saniyədir.

Hər iki versiyanın maksimal sürəti 175 km/saat həddində məhdudlaşdırılıb. Liftbək çəkisi 1500 kiloqrama qədər olan qoşqunu yedəyə ala bilər. Amma batareyanın fərqli “kimyasına” görə, əhəmiyyətli bir fərq var: baza versiyanın SC şarj cihazı 200 kilovata qədər, Long Range versiyası isə, yalnız 95 kilovata qədər gücü dəstəkləyir. Başqa bir qəribəlik baqaja aiddir: Avropa metoduna görə, onun həcmi cəmi 330 litrdir, baxmayaraq ki, elektrik versiyasının Çin spesifikasiyasında 578 litr göstərilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mazda 6e liftbəklərinin Çindən Avropaya çatdırılmasına yayda başlanmalıdır. Başlanğıc qiyməti artıq açıqlanıb - təxminən 45 min avro. Müqayisə üçün: Almaniyada buraxılan Mazda 6 benzin versiyasının qiyməti hazırda 39 600 avrodan başlayır, lakin avtomobillər anbardan satılır, artıq çatdırılma yoxdur. Yaponiyada əvvəlki Mazda 6 sedanının istehsalına bu il son veriləcək və hətta hazırda bu model yalnız Avstraliya və Yaxın Şərq kimi bir neçə bazar üçün istehsal olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.