Mazda şirkəti Avropada satılan CX-60 modelinin mühərrik çeşidinə daxil edilmiş altısilindrli e-Skyactiv D dizel mühərrikinin xarakterikstikalarını açıqlayıb. Əslində, Mazda bu mühərriki yeni CX-60 krossoverinin Yaponiyadakı satışlarının başlanması ilə birlkdə təqdim edib. İndi eyni mühərriki Avropada, iki güc variantında təklif edəcəklər.

Dizel mühərriki sanballı 40 faizlik sanballı istilik səmərəliliyi ilə seçilir, onun çəkisi isə 2,2-litrlik dizellə bənzərdir ki, bu idarəetmə balansına müsbət təsir göstərib. Mühərrikin sərfiyyatı da aşağıdır – 100 kilometrə 4,9 – 5,3 litr. 

Yüksək faydalı iş əmsalının sirri bir neçə məqamdan aslıdır. Birincisi, e-Skyactiv D dizeli 48-voltluq M Hybrid Boost startyor-generatu ilə təchiz edilib. İkincisi, o, yanacaq qarışığının daha effektiv hazırlanması, tam yanma və aşağı tullantıları təmin edən DCPCI (Distribution-Controlled Partially Premixed Compresson Ignition) texnologiyasını istifadə edir.

200 at qüvvəli baza versiyası arxa ötürməli Mazda CX-60 krossoveri üçün nəzərdə tutulub və kilometrə 127 qram zərərli tullantı atır. Daha güclü 254 at qüvvəli versiya i-Activ AWD tam ötürmə sistemi ilə təchiz edilmiş krossover üçündür. Tullantı - 137 qramdır. Müqayisə üçün, BMW X3 modelinin altısilindrli B57 dizeli WLTP dövrü üzrə kilometrə 160 – 183 qram CO2 atır. Bununla belə, dizel CX-60 modelinin top versiyası 60 mil/saata (97 km/saata) 7,4 saniyəyə sürətlənir.

Daha sonra modelin mühərrik çeşidinə daha bir aqreqat daxil ediləcəkdir – bu, 3,0-litrlik altısilindrli e-Skyactiv X benzin mühərrikidir. Beləliklə, mühərrik çeşidində təkrar dolduluran e-Skyactiv PHEV (327 at qüvvəsi, 500 Nm), e-SkyActiv D dizelləri və e-Skyactiv X benzin mühərriki olacaqdır. Bütün güc qurğuları  çxodiskli “yaş” muftası olan səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqlar.   

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.