Mazda zəngin idman tarixinə malikdir, lakin əvvəlki geniş çeşiddə təklif olunan sürücü avtomobillərindən indi yalnız Mazda MX-5 rodsteri buraxılır. Rotorlu sportkarlar və adi modellərin güclü MPS versiyaları da artıq keçmişdə qalıb. Belə avtomobillərin pərəstişkarları üçün yaxşı xəbərimiz var – Mazda drayver avtomobillərini canlandırmaq niyyətindədir.

Yapon şirkətinin prezidenti Katsuhiro Moro keçən ilin payızında təqdim olunmuş.Mazda Iconic SP konseptinə olan müsbət reaksiyadan inanılmaz dərəcədə ilhamlanıb. O, dərhal bir neçə mühüm layihəyəyə yaşıl işıq yandırıb.

Birincisi, fevralın 1-dən şirkətdə rotorlu idman avtomobillərinin yaradılması şöbəsi yenidən açılacaq. Düzdür, Mazda MX-30 R-EV yığcam krossoverində olduğu kimi, qeyri-adi daxili yanma mühərriki təkərlərə qoşulmayacaq - o, yalnız dartma batareyasını doldurmaq üçün generator rolunu oynayacaq. Amma gələcək kupe üçün təkcə benzinlə deyil, həm də bioyanacaq, mayeləşdirilmiş qaz və hətta hidrogenlə işləyə bilən tamamilə yeni iki bölməli mühərrik vəd edilir.

İkincisi, Yaponiyada keçirilən Tokyo Auto Salon sərgisində şirkət idman bölməsinin canlandırdığını elan edib. 1967-ci ildə yaradılan bölmə əvvəllər Mazdaspeed adlanırdı, lakin o bir neçə ildir ki, fəaliyyət göstərmir. "Qaynar" minik avtomobillərinə cavabdeh olan şöbə, Yaponiyada keçirilən Super Taikyu dözümlülük çempionatında yarışan zavod komandası kimi Mazda Spirit Racing adlanacaq.

Yeni yaradılmış subbrendin ilk nümayəndələri artıq təqdim edilib - Mazda Spirit Racing RS rodsteri və Mazda Spirit Racing 3 hetçbeki. Güman edirik ki, sonuncunun Mazda3 modelinin, RS rodsterinin isə, Mazda MX-5 (Yaponiyada Mazda Roadster adı ilə satılır) rodsterinin “qaynar” versiyasının olduğunu söyləməyə ehtiyac yoxdur.

Hər iki model oxşar təkmilləşdirmələrə malikdir. “Qaynar” versiyalar firma boz rənginə boyanmış kuzova, qara zolaqlara, inkişaf etdirilmiş splitteri və diffuzoru olan müxtəlif ön və arxa bamperlərə, aşağı profilli şinləri olan qara təkər disklərinə, Brembo əyləclərini alıblar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonda isə, dördnöqtəli təhlükəsizlik kəmərləri olan Recaro idman “çalovları”, alkantara ilə tərtibat və qırmızı sıfır işarəsi olan sükan çarxı var. Avtomobillərin asqı sistemi yarışlarında əldə edilmiş təcrübə nəzərə alınmaqla təkmilləşdirilib, lakin mühərriklərdə dəyişikliklərin baş verməsi barədə heç bir məlumat verilməyib. Yeganə məlum olan, rodsterin 2,0-litrlik atmosfer mühərrikinə malik olduğudur.

Hər iki avtomobil hələlik formal olaraq konsept statusundadır, lakin onların seriyaya gedəcəyi artıq təsdiqlənib. Mazda Spirit Racing RS rodsteri bu il Yaponiya bazarına çıxacaq, lakin rotorlu kupenin debüt tarixi barədə məlumat verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.