Mazda BT-50 modelinin təqdimatı ay yarım əvvəl baş tutub, lakin o zaman istehsalçı baza versiyanın texniki hissəsi barədə məlumat verməyib. Səbəb iyerarxiyadadır: yeni aqreqatları ilkin olaraq Isuzu markasının çərçivəli modelləri alıb. 2,2-litrlik mühərrik 163 at qüvvəsi və 400 Nm hasil etdirir.

İlkin versiyada turbodizel 6-pilləli mexaniki transmissiya və arxa ötürmə ilə birlikdə çalışır. Yeni 8-pilləli avtomatik transmissiya seçimdir. 

Təkmilləşdirmələr yanacaq sərfiyyatını 10% azaldıb. Tam ötürmə yalnız “böyük” 3,0-litrlik 4JJ3 turbodizeli (190 at qüvvəsi, 450 Nm) olan pikaplar üçün əlçatandır: o, köhnə 6 pilləli avtomatik transmissiya ilə birlikdə işləyir.

"Bir yarımlıq" kabini olan ən sadə təchizatlı Mazda BT-50 modeli 762 min Tayland batına (22 min dollar) başa gəlir. Bununla belə, zəngin interyer, dördqapılı kabin və tam ötürməli “reklam” versiyaları təxminən iki dəfə baha olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.