Bu günlərdə internet saytlarında Mazda CX-4 adlandırılan yeni avtomobilin cəsus fotoşəkilləri yayılmışdır. Təsvirlərdən göründüyü kimi, yeni avtomobil kupe-krossoverlər sinfinə aid olan BMW X4 və Mercedes-Benz GLC Coupe avtomobilləri sayağı damın arxa hissəsinin güclü mailliyi ilə seçilir. Yeni avtomobilin zahiri görnüşü keçən il Frankfurtda keçirilmiş avtomobil sərgisində nümayiş olunan Mazda Koeru konseptinin dizayn üslubunda tərtib edilmişdir.
Xatırladaq ki, Frankfurt konseptinin qabarit uzunluğu 4,6 metr, eni isə 2,7 metr təşkil edirdi. Bundan əlavə, konsept avtomobili piyadaları aşkar edən sistem daxil olmaqla bir sıra təhlükəsizlik sistemləri ilə təchiz edilmişdi. Mazda CX-4 modeli CX-5 krossoverindən alınmış iki litr iş həcmi olan SkyActiv benzin mühərriki ilə, həmçinin, CX-3 modelində quraşdırılan 1,5-litrlik dizel mühərriki ilə təchiz ediləcəkdir. Mühərriklər altı pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə birlikdə çalışacaqlar.
Yeni avtomobilin rəsmi təqdimatının nə zaman baş tutacağı məlum deyildir. Güman edirik ki, Mazda CX-4 modeli Çikaqoda baş tutacaq avtomobil sərgisində nümayişinin keçirilməsi mümkündür.