Beş illik istehsal dövrü ərzində hazırkı ikinci nəsil Mazda CX-5 krossoveri bir neçə dəfə təkmilləşdirilib, lakin onun görünüşü həmişə dəyişməz olaraq qalıb. İndi isə növbə avtomobilin eksteryerinə gəlib çatıb. Şirkət klassik quruluşlu platformada inşa ediləcək tamamilə yeni modelin üzərində işləyərkən, yenilənmiş Mazda CX-5 krossoveri debüt edib.

İlk baxışdan dəyişikliklərin cüzi olduğu görünür, amma yenilənmiş CX-5 modeli yeni ön fənərlərə (iki yuvarlaq hissəni təqlid etməklə), digər arxa işıq texnikasına və dəyişdirilmiş bamperlərə sahib olub. 

Mazda CX-5 GT Sport

Üstəlik, ön bamperdən qara rəngli əlavələr yoxa çıxıb - nəticədə vizual cəhətdən bamper daha təmiz olub. Yeni radiator barmaqlığı daha böyük hüceyrələrə malikdir, ön fənərlərin adaptiv proqramı da təkmilləşdirilib. Bununla yanaşı, kuzov rənginə boyanmış (əvvələr yalnız qara və ya boz rəngə boyanırdı) aerodinamik kuzov dəsti olan GT Sport versiyası CX-5 modelinin modifikasiya çeşidinə əlavə edilib.

Salonda demək olar ki, heç bir dəyişiklik yoxdur. Mərkəzi konsolun alt hissəsindəki bölmədə smartfonların simsiz doldurulması meydançası peyda olub, bəzi təchizat səviyyələrində isə yeni növ təzadlı dekor quraşdırılır. 10,25-düymlük genişformatlı ekranı olan multimedia sistemi keçən ildən başlayaraq CCX-5 modelinin avadanlıq siyahısına daxil edilsə də, bir sıra bazarlarda təklif olunmur. Yeni mediasistemin quraşdırılması, CD pleyerin yoxa çıxması ilə müşayət olunub.

Mazda CX-5 Active

Mazda CX-5 modelinin şassisi də təkmilləşdirilib: daha sərt alt çərçivələr və asqıdakı yeni elastik elementlər idarəetməni yaxşılaşdırmağa, eyni zamanda, səs-küy səviyyəsini və titrəyişləri azaltmağa imkan verib. Artıq yeganə Sport rejiminin əvəzinə, tam ötürməli versiyalardakı Off-road rejimi də daxil olmaqla, bir neçə hərəkət rejimləri ilə genişləndirilmiş Mi-Drive sistemi quraşdırılır.

ABŞ bazarında Mazda yeni “krossover strategiyasını” qəbul edib. Yeni strategiyaya əsasən, 2022-ci model ilindən başlayaraq bu bazarda satılan bütün CX modelləri standart olaraq 4x4 transmissiyası ilə təchiz ediləcəklər. Yenilənmiş Mazda CX-5 krossoveri yeni strategiyaya cavab verən ilk model olacaqdır. ABŞ-dan kənarda isə, ön ötüməli variantlar da təklif olunacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik çeşidində dəyişiklik nəzərdə tutulmayıb. Mazda CX-5 krossoveri satış bazarından asılı olaraq, 2,0 (150-165 at qüvvəsi) və 2,5 (190-194 at qüvvəsi) litrlik atmosfer mühərrikləri, 2,5-litrlik (230 at qüvvəsi) benzin turbomühərriki və 2,2-litrlik (150-184 at qüvvəli) turbodizeli ilə təchiz edilə bilər. Transmissiyalar - altı pilləli mexaniki və avtomatik ötürmələr qutusudur.

Yenilənmiş Mazda CX-5 üçün ilk bazar ABŞ olacaqdır: krossoverin Şimali Amerikadakı satışlarına qışda start veriləcəkdir. Bundan sonra yenilənmiş krossoverlər Avropaya göndəriləcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.