Mazda şirkəti Yaponiya bazarına yenilənmiş CX-5 krossoverini çıxardıb. Krossover 2,5-litrlik turbomotora, yaxşılaşdırılmış G-Vectoring Control sisteminə və xüsusi Exclusive Mode tərtibatına malik olub.
Yenilənmiş Mazda CX-5 krossoveri markanın Yaponiyada turbomühərrik ilə təchiz edilən ilk modeli olub. Skyactive-G ailəsinə məxsus olan turbomühərrik ilə artıq Mazda CX-9 krossoveri və Mazda6 modeli təchiz edilir. 2,5-litrlik dörd silindrli mühərrikin hasilatı 230 at qüvvəsi və 420 Nm təşkil edir. Güc aqreqatı altı diapazonlu avtomatik transmissiya ilə tandemdə çalışır.
Yeni mühərrik ilə yanaşı, CX-5 GVC Plus elektron sisteminin yenilənmiş versiyasına da sahib olub. Bu sistem mühərrikin fırlanma anını sükan çarxının dönmə bucağından və sürətdən asılı olaraq tənzimləyir. Yeni variantda sistem manevrin başlandığı andan, həmçinin sükanın sıfır vəziyyətinə qayıtması zamanı da çalışmağa başlayır.
Bundan başqa, Mazda CX-5 Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sisteminə sahib olub. Bundan başqa, şəhərdə təhlükəsiz əylənməni təmin edən Advanced SGBS sistemi qaranlıqda piyadaları aşkar etmək qabiliyyətinə malik olub. Eyni zamanda, cihazlar panelinin və klimat-kontrolun düymələrinin dizaynı dəyişdirilibdir.
Exclusive Mode təchizat səviyyəsi əsl ağacdan hazırlanmış dekor elementlərinə, Nappa dərisi ilə örtülmüş havalandırılan oturacaqlara, haşiyəsiz salon güzgüsünə, salonun işıqdiodları ilə işıqlandırılmasına və eksklyuziv rənglənməsi olan 19-düymlük təkər disklərinə sahib olub. Yenilənmiş krossoverin Yaponiyadakı satışlarına noyabr ayının sonunda başlanacaqdır. Bizim bazarda yeni model gələn il debüt etməlidir.