İki il əvvəl Mazda klassik quruluşlu yeni Large Product Group platformasında inşa olunmuş ilk avtomobilini təqdim edib. Bu, Avropa və Yaponiyada satılacaq beş nəfərlik salona malik olan Mazda CX-60 krossoveri idi. Bir il sonra, Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş daha böyük, üç oturacaq cərgəsinə malik olan CX-90 krossoveri debüt edib.
İndi isə, bu ailənin üçüncü üzvü debüt edib. Lakin yeni Mazda CX-70 sadəcə CX-90 modelinin sadəcə başqa bir versiyasıdır - onların kuzovu belə eynidir. İki model arasındakı əsas fərq oturacaq cərgəsinin sayındadır – CX-90 üçcərgəli olduğu halda CX-70 ikicərgəlidir.
Yeni modelin dəqiq ölçüləri hələlik açıqlanmayıb, lakin Mazda şirkəti CX-70 və CX-90 modellərinin eyni xüsusiyyətlərə malik olduğunu iddia edir. Bu halda, krossoverin uzunluğu 5121 millimetr, eni - 1994 millimetr, hündürlüyü - 1745 millimetr, oxları arasındakı məsafə isə 3119 millimetr olmalıdır.
Zahiri cəhətdən, Mazda CX-70 böyük “qardaşından” ilk növbədə aerodinamik dayağı ilə fərqlənir: yeni bamperlərdə pətək naxışlı hava girişlərinin imitasiyası peyda olub. Yeni radiator barmaqlığı da oxşar naxışa malikdir, kuzov isə, ümumilikdə xrom dekorunun əksər hissəsini itirib. Nəhayət, 21-düymlük yeni təkər diskləri təklif edilir.
İnteryerdəki dəyişiklər daha azdır: interyerin yeni versiyası Burgundy şərab rəngində nappa dərisi ilə üzlənir, media sistemi isə, Amazon Alexa səs köməkçisini dəstəkləyir.
Üçüncü sıranın oturacaqları itirən krossover üçbölməli geniş döşəməaltısı olan baqajı, əlavə baqaj qarmaqlarını və ikinci sıranın oturacaqlarının elektriklə qatlanmasını (onlar düz döşəmə təşkil edir) əldə edib. Mazda şirkəti, CX-70 modelinin bazar mövqeləndirilməsi zamanı, onun artmış yükgötürmə qabiliyyətini və yedəyə alınan qoşqunun çəkisinin 2,3 ton olduğunu xüsusilə vurğulayır.
Amerikada iki güc aqreqatı variantından birini seçmək mümkün olacaq – onların hər ikisi artıq CX-90 modelindən tanışdır. 48 voltluq üstqurumu olan 3,3-litrlik sıralı altısilindrli turbomühərrik 345 at qüvvəsi və 500 Nm hasil edir.
Təkrar doldurulan hibrid 2,5-litrlik dördsilindrli atmosfer mühərrikinə, elektrik mühərrikinə və 17,8 kilovat/saatlıq dartma batareyasına malikdir. Plagin güc qurğusunun ümumi hasilatı 328 at qüvvəsi və 500 Nm təşkil edir.
Xarici enerji istehlakçılarını qidalandırmaq üçün baqajda 1500 vattlıq məişət çıxışı var. Hər iki modifikasiyada səkkiz pilləli planetar avtomatik transmissiya və ön oxu qoşma muftası olan tam ötürmə sistemi quraşdırılır.
Mazda CX-70 modelinin Şimali Amerikadakı satışlarına ilin yazında başlanmalıdır. Qiymət siyahısı və təchizat səviyyələri barədə məlumat satışların başlanmasına yaxın açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.