Bu gün Mazda şirkətinin hazırladığı CX-8 krossoverinin zahiri görünüşünü əks etdirən cəsus görüntüləri internetdə yayılıb. Bu görüntülər avtomobilin kitabçasından çəkiliblər. Təsvirlərdən də göründüyü kimi, yeni krossover yapon istehsalçısının son korporativ dizayn üslubunda görünüşə malikdir.

Mazda CX-8 adlanacaq krossover üç oturacaq cərgəsinə malik olacaqdır. Ölçülərinə görə yeni krossover Mazda CX-9 modelindən bir qədər kiçik olacaqdır. Onun qabarit uzunluğu 4900 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1730 millimetr təşkil edəcəkdir. Beləliklə, CX-8 modeli Mazda CX-9 krossoverindən 175 millimetr qısa, 129 millimetr ensiz və 17 millimetr alçaq olacaqdır. Bununla belə, hər iki avtomobilin təkər bazası 2930 millimetrə bərabərdir.

Mazda CX-8 modeli 2,2-litrlik dörd silindrli dizel mühərriki və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Model həmçinin benzin mühərrikləri və tam çəkiş sistemi ilə də təchiz ediləcəkdir. Yapon istehsalçısı Mazda CX-8 modelinin yalnız Yaponiya bazarında satılacağını bildirmişdir. Bununla belə, sonradan Mazda rəhbərliyinin planlarının dəyişəcəyinə ümid etmək də olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt