Mazda şirkəti TCR seriyasında iştirak edəcək Mazda3 yarış avtomobilini təqdim edib. Avtomobilin kapotunun altında 350 at qüvvəsi hasil edən dördsilindrli mühərrik yerləşdirilib. Güc aqreqatı 6-pilləli sekvental qutu ilə tandemdə çalışır. Avtomobilin aerodinamik kuzov elementləri TCR çempionatının texniki reqlamentinə uyğun olaraq hazırlanıb. Çox gözəl yarış maşını alınıb.