Mazda şirkəti IMSA SportsCar Championship seriyasında iştirak edən avtomobillərinin yarış boyalarını dəyişmişdir. Yarış avtomobilləri, 1991-ci ildə “Le-Manın 24 saatı” sutkalıq marafonunda qalib gələn 787B sportprototipində istifadə edilən rənglərə boyanacaqdır.
55 nömrəsi ilə çıxış edən ilk avtomobil orijinal narıncı-yaşıl rənglərə boyanmışdır. İkinci, 70 nömrə ilə çıxış edən avtomobil isə, hal hazırda Mazda şirkətinin avtoidman bölümünün istifadə etdiyi qırmızı-boz rəngləri əldə etmişdir. Bununla belə, kontur romb şəkilli xəttləri olan boyanmanın orijinal sxemi qorunub-saxlanmışdır .
Bu naxışı Mazda komandasının həmin zaman Le-Mandakı baş sponsoru olan “Renown” fimasının “arqayl” naxışına həsr edilmişdir. Klassik döyüş boyaları ilə rənglənmiş Mazda avtomobilləri , IMSA SportsCar Championship çempionatının 30 iyundan 3 iyula qədər Uotkins-Qlendə keçiriləcək mərhələsində debüt edəcəklər.