Tokyoda keçirilən avtosalonun işinə başlamasına sayılı günlər qalır. Bu günlərdə bu avtosalonun yenilikləri barədə xəbərlər intensivləşməyə başlayır. Məsələn, bu günlərdə Mazda şirkətinin ilk elektrokarı olacaq krossoverin şəkili İnternet şəbəkəsində peyda olub.
Yeni konsept Mazda MX-30 adlandırılıb. İlkin məlumata görə, krossover 143 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 35,5 kVs-lıq batareya ilə təchiz ediləcəkdir. Xatırladaq ki, bənzər güc qurğusundanMazda e-TPV prototipində istifadə olunmuşdu. Model xüsusi olaraq onun üçün hazırlanmış platformada və unikal qapı açılması sistemi ilə təchiz edilib.
Yapon istehsalçısı elektrokarın interyerinin genişlik hissiyyatını aşılayacağını bildirib. Yeni model gələn il istehsala getməlidir. Elektrik krossoveri qlobal model olacaqdır. Yəni, avtomobil təkcə Yaponiyada deyil, həmçinin Avropa da daxil olmaqla digər bazarlarda da satılacaqdır.