Mazda MX-5 rodsteri «Dünya üzrə ilin avtomobili» tituluna layiq görülmuşdür. 23 ölkədən olan 73 jurnalistdən ibarət olan münsiflər heyətinin qərarı Nyu-York avtomobil sərgisində elan edilmişdir. Münsiflər heyətinin xülasəsində - «Mazda MX-5 yeni nəsli ilə birlikdə bütün çertyojları bir kənara ataraq 1989-cu ilə, öz köklərinə qayıtmişdir. Avtomobil qısa, enli, alçaq və başlıcası yünğül olmuşdur. 1,5- və 2,0-litrlik mühərriklər ilə birlikdə MX-5 misilsiz i «Jinba ittai» bağışlayır. Bəli, o həmişəki kimi sürücüyə ünvanlanmış ən yaxşı avtomobillərdən biridir», - deyilir. Finalda Mazda MX-5 rodsterinin əsas rəqibləri Audi A4 ailəsi və Mercedes-Benz GLC-Class krossoveri olmuşdurlar.
Bu müsabiqədə qələbədən başqa, avtomobil, Cadillac CT6, Mazda CX-3, Jaguar XE və Land Rover Disvovery Sport modellərini arxada qoyaraq «İlin ən yaxşı dizaynı» nominasiyasında qalib olmuşdur.
«Ilin dəbdəbəli avtomobili» nominasiyasında BMW 7-Series modelinin yeni nəsli qalib gəlmişdir. Bavariya sedanının əsas rəqibləri Audi Q7, Jaguar XF, Mercedes-Benz GLE Coupe və Volvo XC90 modelləri olmuşdur. «İlin idman avtomobili» müsabiqəsinin qalibi yeni Audi R8 seçilmişdir. Finalda onun rəqibləri Chevrolet Camaro, Honda Civic Type R, Mercedes-AMG C63 Coupe və Range Rover Sport SVR modelləri olmuşdurlar.
«İlin yaşıl avtomobili» BMW 330e, Chevrolet Volt, Toyota Prius və Volkswagen Passat GTE modellərinə qalib gəlmiş Toyota Mirai sedanı seçilmişdir,