Yaponiyanın Patent Bürosu (JPO) Mazda şirkətinin kələ-kötür R hərfi formasında olan yeni loqotipinə patent müraciətini qeydə alıb. Belə hərfdən adətən yüksək məhsuldarlıqlı modellərin adlarında istifadə olunur, lakin stilize edilmiş R hərfi rotor (Rotary) mühərrikinə də işarə edə bilər. Çox güman ki, yeni loqotipdəki rotora bənzəyən qırmızı üçbucaqlı məhz buna işarə edir.
Yeni loqotipə hüquqlar hələlik yalnız Yaponiyanın ərazisində qüvvədədir. Bu yaxınlarda, Mazda şirkəti Yaponiyada Vankelin rotor-porşen mühərriki, superkondensatorla birləşdirilmiş dartma batareyası və üç elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusunu patentləşdirib.
Belə bir hibriddəki rotor mühərrik ön tərəfə quraşdırılıb və avtomobilin mərkəzinə doğru çəkilib. Rotorun çıxış valı 48 volt gərginliyində çalışan və 25 kilovat güc hasil edən dartma elektrik mühərrikinə qoşulub. Transmissiyanın valı, mufta, pilləli transmissiya və differensial vasitəsi ilə daxili yanma və elektrik mühərrikləri arxa təkərləri hərəkətə gətirirlər.
Tam ötürmə sistemi də nəzərdə tutulub. Bunun üçün ön təkərlərdə ardıcıl olaraq ionistor və 3,5 kilovat-saatlıq batareyadan qidalanan 17 kilovatlıq elektrik mühərrikləri quraşdırılıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.