Mazda şirkəti Tokioda keçirilən Japan Mobility Show sərgisində Iconic SP konseptini nümayiş etdirib. Vizual olaraq o, keçən ilki Vision Study konseptinin sonrakı inkişafıdır və ölçülərinə görə MX-5 Miata rodsterinə bənzəyir. Bununla belə, onun güc qurğusunun tərkibinə rotor mühərriki daxildir.
Xatırladaq ki, 2012-ci ildə RX-8 modeli təqaüdə çıxdıqdan sonra, Mazda öz avtomobillərində belə mühərrikdən istifadə etməyib. Iconic SP konseptində rotor mühərrikinin təkərlər ilə əlaqəsi yoxdur: o, elektrik generatoru kimi fəaliyyət göstərir.
Göründüyü kimi, Mazda Iconic SP konsepti yapon istehsalçısını bu yay patentləşdirdiyi güc qurğusunu alıb. Bu, naməlum tutumlu batareyanı dolduran iki bölməli mühərrikdir. Batareya, öz növbəsində, 365 at qüvvəli elektrik mühərrikini qidalandırır. Daxili yanma mühərriki hidrogen və sintetik yanacaq da daxil olmaqla müxtəlif yanacaq növləri ilə çalışa bilər. Batareyanı xarici mənbələrdən də doldurmaq olar.
Mazda yığcam ikiqapılının nə dinamik xüsusiyyətlərini, nə də yürüş ehtiyatını açıqlamayıb. Lakin onun ölçüləri və çəkisi məlumdur: kupenin uzunluğu 4,18 metr, eni - 1,85 metr, hündürlüyü - 1,15 metr, təkər bazası isə 2,59 metrdir.
İconic SP konseptinin çəkisi 1450 kiloqramdır – bu, MX-5 Miata modeli ilə müqayisədə təxminən 350 kiloqram çoxdur. Səbəkar isə məlumdur – elektrik güc qurğusu.
Mazda Iconic SP alçaq kapotu, gizli ön fənərləri, 8-şəkilli arxa fənərlər, qırmızı işıqlı Mazda yazıları və demək olar ki, çərçivəsiz qapıları ilə seçilir. Prototipin kuzovu yeni qırmızı Viola Red çalarlarına boyanıb.
İnteryeri lakonik etməyə çalışıblar: burada hamar tək rəngli səthləri və ön panelin alt hissəsinə köçürülmüş kiçik mərkəzi ekran var. Ötürmələr qeyri-adi "açarlar" ilə dəyişdirilir, oturacaqlar isə ekoloji cəhətdən təmiz materialla örtülüblər.
Ola bilsin ki, Iconic SP yeni nəsil MX-5 rodsterinin müjdəçisi olacaq, onun rotor-elektrik qurğusu Mazda şirkətinin elektrikləşdirmə strategiyasının çərçivəsində elan etdiyi həmin ən yeni hibrid sistemi olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.