Mazda şirkəti tezliklə bir rotorlu mühərrik ilə təchiz edilmiş MX-30 elektrik krossoverinin debüt edəcəyini bildirib. Yapon şirkətinin fikrincə, Vankel mühərrikindən köməkçi generator kimi istifadə ediləcəkdir. Rotor mühərriki hərəkət zamanı batareyanın doldurilmasına və elektrokarın yürüş ehtiyatının artırmasına yardım edəcəkdir.
Mazda MX-30 elektromobilin hansı rotor mühərrik ilə təchiz ediləcəyi barədə heç bir məlumat yoxdur: "yaşıl" krossoverin, Mazda2 elektrik hetçbeki üçün bəyan edilmiş XEV hibrid qurğusunun tərkib hissəsi olacaq 0,3-litrlik "məsafə artırıcısını" alacağını güman etmək olar.
Rotor "əlavəsi" olan Mazda MX-30 modelinin xüsusiyyətlərinin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir: nümunə olaraq, BMW i3 modelində quraşrılımış 0,6-litrlik motosikl mühərrikini götürmək olar - köməkçi motor-generator yürüş məsafəsini 150 kilometr artırır.
Mazda MX-30 krossoveri alternativsiz 143 at qüvvəli tək mühərrikli güc qurğusu və 35,5 kilovat-saat tutumu olan güc batareyası ilə təchiz edilir. Elektrikomobil dolu batareya olə 200 kilometr məsafəni qət edə bilər, ancaq Mazda krossoveri daha tutumlu batareya ilə qəsdən təchiz etmədiyini bildirib.
Mazda MX-30 satışlarına bu il başlanmalıdır. Krossoverlərin nə zaman rotor mühərriki ilə təchiz ediləcəyi bildirilməyib. Vankel mühərrikinə əsaslanan motor-generatorlarının seriya istehsalına başlaması Mazda RX-7 kupesinin varisi üzərindəki işlərin canlanması səbəb ola bilər.