Mazda şirkəti yeni qapı mexanizminin patentini alıb. Çox güman ki, bu mexanizm oktyabr ayında işinə başlayacaq Tokyo avtosalonunda debütü gözlənilən yeni rotor mühərrikli Mazda RX-9 sportkupesində tətbiq ediləcəkdir.
Qapılar yana və bir qədər də yuxarı açılacaqdırlar. Mazda şirkətindən kiçik klirensi olan sportkarları səkinin yanında saxlayarkən qapını zədələmək ehtimalı böyükdür. Bu səbəbdən də istehsalçı qapını bir qədər yuxarı istiqamətə açılmasını etməyi təklif edirlər.
Əslində bu ideya və konstruksiya yeni deyildir, amma yapon mühəndisləri qapı mexanizmini maksimal dərəcədə sadələşdirdiklərini iddia edirlər. Onlar qapını açıq vəziyyətdə saxlamaq üçün qazla dolu amortizator və yayla deyil, burulan mildən istifadə etməyi təklif edirlər.
Mazda mühəndisləri rotorlu konsept üzərində işlərə bir neçə il bundan öncə başlayıblar. Konseptin nümayişi ilk rotorlu seriya avtomobili olan Mazda Cosmo Sport 110S modelinin yaradılmasının 50 illik yubileyinə həsr ediblər.
Yeni konseptin 500 at qüvvəsi gücü və turbokompressora, elektrik kompressoruna və lazer alışdırma şamlarına sahib olan mühərriklə təchiz ediləcəyi ehtimal olunur. Konseptin seriya variantı 2020-ci ildə işıq üzü görməlidir.