Mazda şirkəti yeni CX-8 krossoverini təqdim edib. Əslinə qalsa, yeni krossover Mazda CX-9 modelinin kiçildilmiş variantıdır. Avtomobil altı, yeddi və səkkiz oturacaqlı salonla təklif ediləcəkdir.
Onun qabarit uzunluğu 4900 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1730 millimetr təşkil edəcəkdir. Beləliklə, CX-8 modeli Mazda CX-9 krossoverindən 175 millimetr qısa, 129 millimetr ensiz və 17 millimetr alçaq olacaqdır. Bununla belə, hər iki avtomobilin təkər bazası 2930 millimetrə bərabərdir. Avtomobilin baqaj bölümünün həcmi 239 litr təşkil edir. Üçüncü cərgənin qatlanması halında baqaj bölməsi 572 litrə qədər artır.
Bu Mazda CX-9 modelində olduğundan 238 litr azdır. Mazda CX-8 modeli 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,2-litrlik dörd silindrli dizel mühərriki və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Model tam və öndən şəkişli transmissiya ilə də təklif edilir. Avropa və Azərbaycandakı Mazda həvəskarları o qədər də sevinməsinlər. Yapon istehsalçısı Mazda CX-8 modelinin yalnız Yaponiya bazarında satılacağını bildirib.