Mazda şirkəti CX-5 krossoverinin mühərrik çeşidindən dizel aqreqatını çıxarmaq qərarına gəlib. Dizel modifikasiyasından imtinanın əsas səbəbi heç də ekoloji tələblərə uyğun gəlməməsi deyil, əksinə modelə olan tələbatın az olmasıdır.
Xatırladaq ki, Mazda CX-5 modeli 2,2 litrlik Skyactiv-D dizel mühərriki ilə təchiz edilir. Dizel modifikasiyası 100 kilometrə təqribən səkkiz litr yanacaq işlədir ki, bu da 2,5-litrlik benzin mühərriki ilə təchiz edilmiş modifikasiya ilə müqayisə ediləndir. Üstəlik, dizel krossoveri benzin versiyasından dörd min dollar bahadır.
Nəticədə, dizel mühərrikli Mazda CX-5 modeli son iki ildə ondan gözlənilən satış rəqəmlərini əldə edə bilməyib. Mazda Skyactiv-D mühərriki ilə təchiz edilən CX-5 krossoverinin istehsalını bu ay dayandırmağı planlaşdırır. CarsDirect saytının bildirdiyinə görə, belə modfifikasiyanın Mazda CX-5 modelinin çeşidinə qaytarılması məsələsinə bir daha baxılmayacaqdır.