Mazda şirkəti də gələn ildə baş tutacaq Tokyo avtomobil sərgisinə bir necə tüninq olunmuş avtomobillə qatılacaqdır. Bunlardan birincisi, Mazda CX-3 Racing Concept adlı prototipdir. Qara rəngə boyanmış avtomobil, qırmızı xəttlərlə bəzədilmiş aqressiv kuzov işləmələrinə və qırmızı haşiyəsi olan, qara rəngli çoxqollu yüngül llehimli disklər ilə seçilir. Bundan əlavə, yığcam krossover buraxılış sisteminin iki ədəd boruları və arxa spoyler ilə lovğalana bilər. Avtomobilin zahiri görünüşü klirensin azaldılmasından da xəbər verir.
Digər bir avtomobil isə, Yaponiyada Atenza adı ilə satılan, bizim isə, Mazda6 kimi tanıdığımız sedandır. Sedanda baş vermiş dəyişikliklər eyni ilə CX-3 Racing Concept prototipindəki kimidir. Avtomobilin kuzovu qara rəngə boyanmış, lakin bu dəfə ağ rəngli xəttlərlə bəzədilmişdir. Üçüncu hazırlanmış model, Mazda2/Demio hetçbekidir. Birinci iki avtomobildən fərqli olaraq, kompakt hetçbek ağ rəngə boyanmış və yarışlar üçün lazım olan avadanlıqla təchiz edilmişdir.
Və nəhayət, yapon şirkəti ən populyar modelinin - Mazda MX-5 rodsterinin o cümlədən, yarışlara hazırlanmış variantı da başda olmaqla da, bir neçə versiyasını təqdim edəcəkdir.