Mazda şirkəti Gran Turismo video oyunu üçün hazırlanmış rotor mühərrikli yeni kupesinin xarici görünüşünü və bəzi xüsusiyyətlərini açıqlayıb. Mazda RX-Vision GT3 virtual yarış prototipi aqressiv aerodinamik kuzov dəsti və çəkinin oxlar üzrə mükəmməl paylanması ilə fərqlənir - 48:52. Mayın 25-dən etibarən idman avtomobilini Sony PlayStation 4 konsolunda sınaqdan keçirmək olar.

Mazda virtual kupenin yaradılmasına ciddi yanaşıb: virtual kupenin eksteryeri üzərində 2015-ci ildə təqdim edilmiş RX-Vision konseptinin müəllifi və RX-8 modelinin baş dizayneri Ikyo Maeda işləyib.

Zahiri cəhətdən rotor mühərrikli Mazda modelinin "trek" versiyası və beş il bundan əvvəl hazırlanmış prototip kuzov hissələri ilə fərqlənir: kiberkupe karbondan splitter, inkişaf etdirilmiş diffuzor və iri spoyler, yarış şinləri, həmçinin buraxılış sisteminin fərqli bir çıxış borusuna malikdir.

Məlumdur ki, Mazda RX-Vision GT3 modelinin ağırlığı 1250 kiloqram, uzunluğu - 4590 millimetr, eni - 2075 millimetr, hündürlüyü isə, 1120 millimetrdir. Bununla belə, rotor mühərrikinin modelləşdirilmiş hasilatı açıqlanmır - virtual prototipin gücünün 560-570 at qüvvəsində olacağı gözlənilir.

Virtual rotor kupesinin salon dizaynı açıqlanmayıb və hələ də tündləşdirilmiş pəncərələrin arxasında gizlədilib. Lakin, daxili tərtibatın hazır olduğundan şübhə etməmək olar: Gran Turismo simulyatorundakı yarış avtomobillərinin detallaşdırılması çox yüksək olur.

Avtomobil istehsalçılarının virtual modellərin yadarılmasına olan ciddi yanaşması, İnternet auditoriyanın artması və kiberidman növlərinin inkişafı ilə əlaqədardır. Gran Turismo Sport çempionatı artıq FIA-nın himayəsi altında keçirilir. Koronavirus pandemiyası səbəbindən həqiqi yarışların keçirilməməsi virtual məkanların rolunu daha da artacaqdır.

Kompüter simulyasiyalarına və ümumilikdə kiberidmana olan marağı Formula 1 pilotlarının gənc nəsli təbliğ edir. Məsələn, real Qran Prilər arasındakı fasilələr zamanı Red Bull Racing komandasının ulduzu Maks Ferstappen və McLaren pilotu Lando Norris PlayStation oyunu vasitəsi ilə formalarını qoruyurlar.