Mazda şirkəti CX-5 krossoverinin növbəti nəslinin ilk tizerini dərc edib. Yeni nəsil krossoverin rəsmi təqdimat mərasimi noyabr ayında keçiriləcək Los-Anjeles avtosalonunda baş tutacaqdır.

Dərc edimiş təsvirdən göründüyü kimi, modelin işıq texnikası və pəncərə xətti dəyişəcək, həmçinin kuzovda olan xromla örtülmüş elementlərin sayı artacaqdır. Böyük ehtimalla krossover G-Vectoring Control sistemini əldə edəcəkdir. Bu sistem artıq yenilənmiş Mazda2, Mazda3 və CX-3 modellərinin təchizatına daxil edilmişdir. G-Vectoring Control sistemi sükanın dönmə bucağını, hərəkət sürətini və avtomobilə təsir edən sürətlənməni nəzərə alaraq dartma qüvvəsini dəyişir, ön asqını yükləyərək yol səthi ilə ilişməni artırır. Yeni CX-5 modelinin texniki hissəsi barədə məlumat verilməmişdir.

Çox güman ki, model 2,0 və 2,5 litrlik benzin mühərriklərlə, həmçinin ön və tam çəkiş sistemləri ilə təchiz ediləcəkdir.