Mazda şirkəti Miata idman avtomobilinin şokoladdan hazırlanmış miniatür nüsxəsini nümayiş etdirib. Qeyri-adi şirniyyatın şəkilləri Mazda Japan tərəfindən sosial şəbəkələrdə dərc edilib. Şirniyyat 14 fevralda qeyd edilən sevgililər gününə həsr edilib: şokoladdan olan avtomobilə buraxılış sistemi, iki oturacaq, sükan olan ön panel, əyləcləri olan alt çərçivə kimi ehtiyat hissəsləri də əlavə edilib. Şirniyyatları bantlı qutuya qablaşdırıblar – belə bir şirniyyat dəsti Miata pərəstişkarları üçün əla hədiyyə ola bilərdi, lakin o yeganə nüsxədə mövcuddur.
Şokolad, şübhəsiz ki, Müqəddəs Valentin Günü üçün ən uyğun gələn şirniyyatdır. Miata modelinin kifayət qədər böyük pərəstişkar ordusu var və əlbəttə ki, onları belə bir dəst maraqlanadıra bilər. Yəqin ki, növbəti sevgililər gününə qədər Mazda şirkəti belə bir qənnadı məmulatının məhdud sayda buraxılmasına yaşıl işıq yandıra bilər.
Şokoladdan hazırlanmış miniatür modellər yenilik deyil. Məsələn, 2008-ci ildə Scuderia Ferrari fan-klubu Belçika şokoladından hazırlanmış yarış bolidinin yaradılması üzərində iki ay vaxt sərf edib. Bu iş üçün iki ton şokolad lazım olub. 2021-ci ildə isə Yaponiyanın 4Design şirkəti BBS Japan və Fujita şirkətləri ilə birlikdə şokoladdan miniatür yarış təkərləri hazırlamağa imkan verən texnologiyanı yaradıb.
Şokoladçılar həmçinin Bugatti Sport Veyron, BMW X6, Mercedes-Benz G-Class, Toyota Celica modellərinin miniatür surətlərini hazırlayırlar. İnternetdə Rolls-Royce, müxtəlif yük avtomobillərinin və hətta Renault Sandero kimi büdcə avtomobilinin şokoladdan hazırlanmış miniatür versiyalarının satışı barədə elanları da tapmaq olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.