Mazda şirkəti yanvar ayında Tokioda işinə başlayacaq avtosalonda MX-5 rodsterinin konseptual variantını nümayiş etdirəcəkdir. Konsept Drop-Head Coupe indeksinə sahib olub.
Konseptin standart rodsterdən fərqi karbondan hazırlanmış çıxarılan damıdır. Bundan başqa, rodster ön splitterə və yan «ətəklərə», 16-düymlük döymə Rays disklərinə, öndə və arxada quraşdırılmış qarmaqlara, Recaro kreslolarına və başqa hava filtrinə sahib olub.
Hazırda Mazda MX-5 xəttinə yumşaq tavanlı variant və sərt qatlanan dama malik olan RF modifikasiyası daxildir. Rodster 141 və 184 at qüvvəsi hasil edən 1,5 və 2,0-litrlik benzin mühərrikləri ilə təklif edilir.
Mazda şirkəti Tokio avtosalonunda MX-5 rodsteri ilə yanaşı Mazda3, CX-5 və CX-8 modelləri üçün yeni aerodinamik kuzov dəstləri nümayiş etdirəcəkdir.