Mazda şirkəti Tokioda keçirilən Japan Mobility Show 2025 sərgisinə əsaslı şəkildə hazırlaşıb. Yapon brendi bu sərgidə iki maraqlı konsepti nümayiş etdirib. Bundan əlavə, onların hər ikisi də özünəməxsus xüsusiyyətlərə malikdir.

Məsələn, şirkətin özünün "kupeyəbənzər krossover" adlandırdığı böyük Vision-X Coupe hetçbeki rotor mühərrikinə əsaslanan hibrid güc aqreqatı ilə təchiz olunub və ekologiyaya xüsusi diqqət yetirir. Onu Mazda Vision-X Compact adlanan konseptual şəhər avtomobili müşayət edir.

Mazda Vision-X Coupe krossoverinin dizaynı şirkətin firma Kodo üslubunun sonrakı inkişafıdır. Konsept maili damı və yüksək pəncərə xətti ilə seçilən axarlı və minimalist dizayna malikdir. Bağlı ön hissə şaquli LED zolaqlar və işıqlandırılan firma loqotipi ilə bəzədilib. Yan tərəfdə görünən qapı tutacaqları yoxdur, yan güzgülər əvəzinə isə, kameralardan istifadə olunur.

Arxa hissədə qeyri-adi formalı fənərlər quraşdırılıb. Böyük təkər diskləri qapalı dəbli dizayna malikdirlər. Vision-X Coupe heç də kiçik olmayan ölçüləru ilə öyünə bilər: onun uzunluğu 5050, eni – 1995, hündürlüyü isə, 1480 millimetrdir. Təkər bazasının ölçüsü 3080 millimetr təşkil edir.

Bölünmüş arxa oturacaqları olan dörd nəfərlik salon iki rəngli tərtibata malikdir. Sıfır mövqe işarəsi olan üçqollu sükan çarxının arxasında üç dəyirmi displeyi olan cihazlar paneli quraşdırılıb. Məlumat-əyləncə sisteminin genişformatlı ekranı ön panelə inteqrasiya olunub. Mərkəzi tunelin yuxarı hissəsində transmissiyanın dəyirmi başlıqlı selektoru quraşdırılıb.

Hibrid güc aqreqatının tərkibinə iki bölməli rotor mühərriki, elektrik mühərriki və dartma batareyası daxildir. Sistem maksimum 510 at qüvvəsi hasil edir və sırf elektrik dartması ilə 160 kilometr qət edir. Qarışıq rejimdə gediş məsafəsi 800 kilometr təşkil edir.

Zərərli tullantıları maksimal dərəcədə azaltmaq üçün, konsept mikroyosunlardan hazırlanmış xüsusi bioyanacaqdan və patentləşdirilmiş CO2 tutma sistemindən istifadəni təklif  edir. İşlənmiş qazlardan tutulan karbon qazı daha sonra gübrə və ya karbon lifi istehsal etmək üçün istifadə oluna bilər.

Mazda Vision-X Compact şoukarı həqiqətən də öz adını doğruldur: onun uzunluğu 3825, eni – 1795, hündürlüyü 1470 millimetr təşkil edir. Təkər bazası 2515 millimetrdir. Belə ölçülər konsepti şəhər hetçbekləri kateqoriyasına daxil etməyə imkan verir.

Yuvarlaq beşqapılı kuzov böyük panoram dam da daxil olmaqla geniş şüşələnmə sahəsinə malikdir. Şoukar kompakt yan kameralar və  xüsusi dizaynlı təkərlər sayəsində əla aerodinamikaya malikdir.

Vision-X Compact konseptinin minimalist interyerində kuzov rəngində çoxsaylı dekordan istifadə olunur. Bu vurğulardan həmçinin sükan çarxında da var, onun arxasında isə, salondakı yeganə ekran olan cihazlar panelinin dairəvi displeyi yerləşir.

Üstəlik, onun yanında smartfon üçün tutacaq yerləşir. Konseptin əsas xüsusiyyəti empatik süni intellektin dərin inteqrasiyasıdır. Bunun sayəsində hetçbek sahibi ilə təbii dildə ünsiyyət qura və hətta onun əhval-ruhiyyəsini təxmin edə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaradıcılar bunun avtomobili öz sahibinin yaxın dostuna çevirməyə və öz növbəsində, insan və maşın arasındakı əlaqəni gücləndirməyə imkan verəcəyini bildirirlər.

Mazda konseptlərin istehsala getməsi planları barədə məlumat verməyib, lakin onlarla birlikdə firma loqotipinin yenilənmiş versiyasını da təqdim edib. Onun ümumi forması şirkətin 1997-ci ildən bəri əsasən dəyişməz qalan hazırkı loqtipinə uyğundur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin müasir trendlərə uyğun olaraq, loqotip yastı dizaynı alıb. Bundan əlavə, Mazda adının özü bir qədər yenidən işlənilib. Yenilənmiş loqotip və yazıdan artıq şirkətin korporativ və media materiallarında istifadə olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.