Hazırda Lamborghini kompyüter treklərində şütümək üçün virtual avtomobili inşa edən sonuncu şirkətdir. Lakin, italyan markası bu adı uzun müddət saxlaya bilməyəcəkdir: Mazda markası bu ada iddialıdır. Buna, bu günlərdə dərc edilmiş Mazda RX-Vision GT3virtual superkarının eskizi dəlalət edir.
Söhbət hələlik xəbərdarlıqdan gedir – Mazda və Gran Turismo Sport mütəxəssisləri modelin tamölçülü rəqəmsal variantı üzərində işləməyə başlayıblar. Dərc edilmiş eskizdən virtual sportkarın hazırlanması zamanı mütəxəssislərin dörd il bundan qabaq nümayiş etdirilmiş RX-Vision konseptindən ilham aldıqları açıq-aydın görünür.
Mazda RX-Vision Concept
Mazda tərəfdən prototipin dizaynına şirkətin şef-stilisti İkuo Maeda cavabdeh olacaqdır. O, nəinki RX-Vision konseptinin, həmçinin RX-8 seriya modelinin dizaynı üzərində də işləyib. Ən maraqlısı odur ki, pərəstiş obyektinə çevrilmiş Mazda RX-7 modelinin dizaynı İkuonun atası Matasaburo Maedaya məxsusdur.
Virtual sportkarın tamamilə yeni SkyActive-R mühərriki ilə təchiz ediləcəyi də bildirilib. Mühərrikin xarakteristikaları açıqlanmayıb. Çox güman ki, söhbət rotor mühərrikinin generator rolunu oynadığı elektrik sportkarından gedir. Mazda RX-Vision GT3 modelinin çəkinin oxlar arasında bölünməsinin 48:52 nisbətinə malik olduğu, mühərrikin isə öndə, bazanın daxilində yerləşdiyi məlum olanlar arasındadır.
Mazda RX-Vision GT3
Mazda 2020-ci ildə Polyphony Digital studiyasının tərəfdaşı olacaqdır. Müvafiq olaraq, elə həmin zaman Gran Turismo Sport oyunçuları yapon superkarına sahib ola biləcəkdirlər.