Yaponiyada 2021-ci model ilinin Mazda3 ailəsi debüt edib. Mazda3 modelləri yenidən işlənmiş asqı sisteminə və güc artırılmış SkyActiv-X mühərrikinə sahib olublar Yenilənmiş modelin digər ölkələrdə nə zaman satışa çıxarılacağı barədə məlumat verilməyib.
Mazda3 modelində baş vermiş əsas yenilik, kəmərli kompressoru və mülayim M Hybrid hibrid sistemi olan 2,0-litrlik Skyactiv-X 2.0 mühərrikidir. Mühəndislər aqreqatın gücünü 180-dən 190 at qüvvəsinə, fırlanma anını isə 224-dən 240 Nm-ə qədər artırmağa müvəffəq olublar. 1,8-litrlik Skyactiv-D turbodizel də təkmilləşdirilib: onun hasilatı 116-dan 130 at qüvvəsinə qədər yüksəldilib. Fırlanma anı dəyişilməyib - 270 Nm.
Digər dəyişikliklər arasında təkmilləşdirilmiş yaylar və amortizatorlar, habelə adaptiv kruiz-kontrolun fəaliyyət sürətindəki artımdır. Əlavə olaraq, 156 at qüvvəli 2,0-litrlik Skyactiv-G benzin mühərriki ilə təchiz edilmiş ön ötürməli modifikasiyalar üçün altı pilləli mexaniki transmissiya da təklif edilir.
Yaponiyada yenilənmiş Mazda3 modelinin qiymətləri 2,2 milyon yendən başlayır: bu qiymətə 111 at qüvvəsinə malik olan 1,5-litrlik Skyactiv-G mühərriki ilə təchiz edilmiş modeli almaq olar.