Mazda şirkəti ciddi şəkildə yenilənmiş Mazda6 universalının ilk fotoşəklini dərc edib.Yenilənmiş universalın kütləvi debütü mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.
Yenilənmiş universal genişləndirilmiş təchizat siyahısına və başqa tərtibat materiallarına sahib olub. Belə ki, universalın salonunun tərtibatında musiqi alətlərinin və mebel istehsalında tətbiq olunan yapon ağ qoz ağacından istifadə ediləcəkdir. Universalın təchizatına tam dayanma və hərəkəti davam etdirmə funksiyası olan adaptiv kruiz-kontrol, həmçinin dairəvi müşahidə sistemi daxil ediləcəkdir.
Bununla belə, istehsalçı avtomobilin texniki hissəsi barədə məlumat verməyib. Yenilənmiş Mazda6 sedanı keçən ilin noyabrında Los-Anjeles avtosalonunda debüt edib.
Yenilənmiş eksteryerlə yanaşı model yeni turbomühərrikə sahib olub. Yenilənmiş sedan 253 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərrik ilə təchiz edilir.