İtalyan Mazzanti şirkəti özünün ilk modeli olan Evantra superkarının yeni modifikasiyasını təqdim etmişdir. Yeni modifikasiya 771 indeksini əldə etmişdir ki, bu da onun kapotu altında olan mühərrikin gücünə işarə edir.

Yeni modifikasiya standart Evantra modelinin təchiz edildiyi yeddi litrlik səkkiz silindrli atmosfer mühərriki ilə təchiz edilir. Baza modelinin mühərriki 701 at qüvvəsinə malikdir ki, bu da ona 100 km/saat sürətinə 3,2 saniyəyə sürətlənmək imkanı verir. Mazzanti Evantra 771 modelinin dinamik xarakteristikaları məlum deyildir. Güclü mühərrikdən başqa, yeni modifikasiya başqa aerodinamik dəstlə seçilir ki, bu dəstin tərkibinə də böyüdülmüş splitter və diffuzor daxil edilmişdir. Eyni zamanda, Evantra 771  başqa antiqanad və xüsusi iki rəngli eksteryer tərtibatı ilə təchiz edilir.

Superkarın ilk kütləvi təqdimatı dekabr ayının əvvəlində Bolonyada keçiriləcək avtosalonda baş tutacaqdır.